Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 406   Bakı şəhəri, 21 sentyabr 2018-ci il

“Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə

  “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1340 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 sentyabr tarixli 406 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük  vəsiqələrinin verilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1340 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan  Respublikasının ərazisində kiçikhəcmli gəmiləri (bundan sonra - gəmilər) idarə etmək hüququnun verilməsi qaydasını müəyyən edir.

1.2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti (bundan sonra - Xidmət) gəmilərdən təhlükəsiz istifadə olunmasının təmin edilməsi və onların idarə olunması vərdişlərinin öyrədilməsi üçün bu Qaydanın 6.3-cü bəndində göstərilən hər bir gəmi tipinin xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq tədris proqramı (bundan sonra - tədris proqramı) hazırlayır, gəmi sürücülərinin nəzəri və təcrübi biliklərinin yoxlanılması  məqsədi ilə imtahanlar keçirir və keçirdiyi imtahanların nəticələrinə əsasən gəmi sürücülərinə gəmiləri idarə etmək  üçün sürücülük vəsiqələri (bundan sonra - sürücülük vəsiqələri) verir.

     

2. İmtahan komissiyasının yaradılması və işinin təşkili

 

2.1. Gəmi sürücülərinin gəmini idarə etməsi ilə bağlı nəzəri və təcrübi biliklərinin yoxlanılması Xidmətdə yaradılan imtahan komissiyası tərəfindən  həyata keçirilir.

2.2. İmtahan komissiyasının tərkibi 3 (üç) nəfərdən az olmamaq şərtilə formalaşdırılır və hər təqvim ili yanvarın 10-dan gec olmayaraq, Xidmətin rəisi tərəfindən təsdiq edilir.

2.3. İmtahan komissiyasının tərkibinə Xidmətin ali və orta ixtisas təhsilli mütəxəssisləri daxil edilirlər.

2.4. Gəmi sürücülərini hazırlayan Xidmətin əməkdaşları imtahan komissiyasının tərkibinə daxil edilmirlər.

2.5. İmtahan komissiyasına Xidmətin rəisi tərəfindən təyin edilən sədr rəhbərlik edir.

2.6. İmtahan komissiyası sədrinin vəzifələri aşağıdakılardır:

2.6.1. komissiyanın işini təşkil edir, komissiyanın üzvləri arasında iş bölgüsü aparır, komissiyanın iclaslarını keçirir;

2.6.2. imtahanların keçirilməsini təşkil edir, imtahanların keçirilməsi vaxtı və məsul katibin təyin olunması haqqında Xidmətin rəisinə təqdimat verir;

2.6.3. gəmilərin idarə edilməsi vərdişlərinin öyrədilməsi üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi ilə razılaşdırmaqla, tədris proqramının hazırlanmasını təşkil edir;

2.6.4. test suallarının, imtahan biletlərinin, əyani vəsaitlərin, plakatların, maketlərin hazırlanmasını təşkil edir;

2.6.5. imtahanlarda istifadə olunan texniki vasitələrin sazlığını təmin edir.

2.7. Tədris proqramı özündə ilk tibbi yardım göstərilməsi mövzusunu ehtiva etməlidir.

2.8. İmtahan biletləri  tədris proqramı əsasında 10 (on) test sualından ibarət hazırlanır və Xidmətin rəisi tərəfindən təsdiq edilir.

 

3. Gəmi sürücülərinin imtahanlara buraxılması

 

  1. Sürücülük vəsiqəsini almaq üçün imtahanlara səhhətinə görə həmin gəmiləri idarə etmək üçün yararlı hesab edilən və tədris proqramı üzrə xüsusi nəzəri və təcrübi hazırlığa malik olan 18 (on səkkiz) yaşına çatmış şəxslər buraxılırlar.

3.2. Gəmi sürücülərinin imtahanlara buraxılması üçün Xidmətə aşağıdakı sənədlər təqdim edilməlidir:

3.2.1. müraciət edənin ərizə kartı (1 nömrəli əlavə);

3.2.2. gəmi sürücülük  kursunu (məktəbini) bitirməsi haqqında şəhadətnamə (arayış);

3.2.3. sağlamlıq haqqında arayış;

3.2.4. 3 x 4 sm ölçüdə 2 (iki) ədəd fotoşəkil;

3.2.5. müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd.

3.3. Bu Qaydanın 3.2-ci bəndində göstərilən sənədləri təqdim edən gəmi sürücüsü 10 (on) gün müddətində imtahanlara buraxılır. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi barədə məlumat müraciət edənə 3 (üç) gün müddətində yazılı formada bildirilir. Müraciət edən aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra imtahana buraxılır.

3.4. İmtahanın keçirilməsi haqqında qərar Xidmətin rəisi tərəfindən imtahan komissiyasının təqdimatına əsasən qəbul edilir.

 

4. İmtahanların keçirilməsi

 

4.1. İmtahanlar komissiya üzvləri tərəfindən tədris proqramı əsasında keçirilir.

4.2. Nəzəri imtahanın nəticələri “məqbul” və “qeyri-məqbul” qiymətləndirilir. İmtahan biletinin 10 test sualından ən azı 9-nu düzgün cavablandıran “məqbul”, 8 və daha azını düzgün cavablandıran isə “qeyri-məqbul” qiyməti alır.

4.3. Nəzəri imtahandan “qeyri-məqbul” qiyməti alan şəxs təcrübi imtahana buraxılmır.

4.4. Təcrübi imtahanda gəmi sürücüsünün sürmək hüququnu əldə etmək istədiyi gəmi tipini idarəetmə bacarığı, aldığı tapşırığın təcrübədə düzgün əməletmə qabiliyyəti, gəminin texniki avadanlıq və xilasetmə vasitələri ilə təchizatı haqqında biliyi yoxlanılır. Təcrübi imtahanın nəticələri “məqbul” və “qeyri-məqbul” qiymətləndirilir.

 

5. İmtahanların nəticələri

 

5.1. İmtahanların nəticələri imtahan komissiyasının protokoluna (2 nömrəli əlavə) daxil edilir. Protokol imtahan komissiyasının üzvləri tərəfindən imzalanır. Protokolda düzəlişlərə yol verilmir.

5.2. İmtahanların nəticələri qeydə alındıqdan sonra imtahan komissiyasının məsul katibi “məqbul” alan şəxslərə sürücülük vəsiqələrinin təqdim edilməsi vaxtını elan edir.

5.3. “Qeyri-məqbul” qiyməti alan gəmi sürücüsü təkrar imtahanlara 7 (yeddi) gündən tez olmayaraq buraxılır.

5.4. Protokol Xidmətdə saxlanılır.

 

6. Sürücülük vəsiqəsinin rəsmiləşdirilməsi və verilməsi

 

6.1. İmtahanlardan “məqbul” alan gəmi sürücüsünə 10 (on) gün müddətində sürücülük vəsiqəsi verilir (3 nömrəli əlavə). Sürücülük vəsiqəsini almaq üçün gəmi sürücüsü Xidmətə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 28.20-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi təqdim etməlidir. Sürücülük vəsiqəsi imtahan protokolunun əsasında tərtib edilir, Xidmətin rəisi tərəfindən imzalanır və möhürlənir.

6.2. Sürücülük vəsiqəsi 5 (beş) il müddətinə verilir.

6.3. Sürücülük vəsiqəsində aşağıdakı gəmi tipləri qeyd edilir:

6.3.1. stasionar mühərrikli qayıq;

6.3.2. asma mühərrikli qayıq;

6.3.3. yelkənli qayıq;

6.3.4. yelkənli mühərrikli qayıq;

6.3.5. hidrosikl.

6.4. Mühərrikli qayıqları idarə etmək üçün sürücülük vəsiqəsi alan gəmi sürücüləri hidrosiklları, yelkənli mühərrikli qayıqları idarə etmək üçün sürücülük vəsiqəsi alan gəmi sürücüləri isə bu Qaydanın 6.3-cü bəndində göstərilən bütün tip gəmiləri idarə edə bilərlər.

6.5. “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”ya uyğun olaraq verilmiş kapitan, kapitanın baş köməkçisi və kapitanın növbə köməkçisi sertifikatına (diploma) malik şəxslər, yelkənli gəmilər istisna olmaqla, bütün tip kiçikhəcmli gəmiləri idarə etmək hüququna malikdirlər.

6.6. Bu Qaydanın 6.4-cü bəndində göstərilənlər istisna olmaqla, 6.3-cü bəndində göstərilən əlavə tip gəmini idarə etmək hüququnun əldə edilməsi üçün gəmi sürücüsü gəmi tipinin xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq tədris proqramı üzrə tədris kursu keçməlidir və yenidən imtahanlar verməlidir. İmtahanlardan “məqbul” alan gəmi sürücüsünə əvvəl verilmiş sürücülük vəsiqəsi geri alınmaqla, yeni sürücülük vəsiqəsi verilir.

6.7. Sürücülük vəsiqəsinin qüvvədəolma müddəti bitdikdə, yeni sürücülük vəsiqəsi almaq üçün Xidmətə aşağıdakı sənədlər təqdim edilməlidir:

6.7.1. müraciət edənin ərizəsi;

6.7.2. 3 x 4 sm ölçüdə 2 (iki) ədəd fotoşəkil;

  6.7.3. sağlamlıq haqqında arayış;

6.7.4. müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd.

6.8. Bu Qaydanın 6.7-ci bəndində göstərilən sənədləri təqdim edən gəmi sürücülərinə imtahanlar verilmədən etibarlılıq müddəti bitmiş sürücülük vəsiqəsi geri alınmaqla 10 (on) gün müddətində yeni sürücülük vəsiqəsi verilir.

6.9. Sürücülük vəsiqəsində göstərilən qeydlər “Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin qeydiyyatı kitabı”na (bundan sonra - qeydiyyat kitabı) daxil edilir (4 nömrəli əlavə). Gəmi sürücüsü sürücülük vəsiqəsini almasını qeydiyyat kitabında imzası ilə təsdiq edir.

6.10. Gəmi sürücüsü tərəfindən sürücülük vəsiqəsinin itirilməsi ilə əlaqədar Xidmətə yazılı ərizə ilə müraciət olunduqda, ona 10 (on) gün müddətində üzərində “DUBLİKAT” ştampı vurulmuş yeni sürücülük vəsiqəsi verilir. Bu halda, qeydiyyat kitabında dublikat sürücülük vəsiqəsinin verilmə tarixi, seriyası və nömrəsi qeyd olunur.

6.11. Sürücülük vəsiqəsi olmayan şəxslərə gəminin idarə edilməsi etibar edilə bilməz.

 

7. Yekun müddəa

 

7.1. Gəmi sürücüsü imtahanların keçirilməsi və nəticələri ilə əlaqədar qəbul edilmiş qərarla razı olmadığı halda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının  Qanununa uyğun olaraq inzibati qaydada yuxarı orqana və (və ya) məhkəməyə şikayət verə bilər.

 

 

“Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi Qaydası”na

 

1 nömrəli əlavə

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə                      Dövlət Xidməti

 

 

Xidmətin rəisi ______________________________________                                                                            

______________________________________________________

(soyadı, adı, atasının adı, doğum tarixi, qeydiyyat ünvanı)

______________________________________________________

______________________________________________________

_____________________________________________ tərəfindən

 

ƏRİZƏ KARTI

 

Mənə_____________________________________________

(gəminin tipi)

gəmini idarə etmək üçün sürücülük vəsiqəsinin verilməsini xahiş edirəm.

 

Ərizə kartına aşağıdakı sənədləri əlavə edirəm:

 

  1. ________________________________________________

(təhsil haqqında sənəd, nömrəsi və verilmə tarixi)

  1. ________________________________________________

            (sağlamlıq haqqında arayış, tibb müəssisəsinin adı, verilmə tarixi)

  1. ________________________________________________

(şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi,

verən orqanın adı)

__________________________________________________

 

 

 

“____”_______20___il                                   _____________                                                                                                                          

                                                                     (imza)

    

 

 

“Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi Qaydası”na

 

2 nömrəli əlavə

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə

Dövlət Xidmətinin

 

İMTAHAN KOMİSSİYASİ

 

 

Protokol № ______

 

Bakı şəhəri                                                   “___”_________20___ il

İmtahan komissiyasının sədri_______________________________

Məsul katib _____________________________________________

Komissiyanın üzvləri______________________________________

____________________________________________________________________________________________________________

 

     İmtahanın başlanma vaxtı ______saat _______dəq.

     İmtahanın bitmə vaxtı       ______saat _______dəq.

 

Sıra

№-si

Soyadı, adı, atasının adı

Anadan olduğu tarix

İmtahan biletinin nömrəsi

İmtahanların nəticələri

Gəminin tipi

nəzəri

təcrübi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                          

                                            Sədr ____________________________

                                                                       (imza)

               M.Y.                     Məsul katib _______________________

                                                                                             (imza)

                                            Komissiyanın üzvləri ________________

                                                                                   (imzalar)

“Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi Qaydası”na

 

3 nömrəli əlavə

 

 

 

“Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi Qaydası”na

 

4 nömrəli əlavə

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə