Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlcəzairlə sosial sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Salima Abdelhak ilə görüş olub.

Azərbaycanla Əlcəzair arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin, o cümlədən sosial sahədə  əlaqələrin, təcrübə mübadilələrinin aparılmasının əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyevin sosial siyasətinin nailiyyətlərini diqqətə çatdıran nazir ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar barədə məlumat verib. S.Babayev Azərbaycanda dövlət sosial xidmətlərinin DOST layihəsi əsasında, “bir pəncərə” prinsipi ilə təqdim edilməsi sahəsində innovativ təcrübəni qeyd edib.

Nazir İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda yaradılacaq Əmək Mərkəzi haqqında məlumat verib. Həmin Mərkəzin İƏT üzvü olan ölkələr, o cümlədən Azərbaycan və Əlcəzair arasında  əlaqələrin genişlənməsində də mühüm rol oynayacğını vurğulayıb.

S.Abdelhak ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib, qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsinin önəmini diqqətə çatdırıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstək nümayişinin vacibliyindən bəhs olunub, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 2020 11:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə