Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın qanunvericilik bazası ən yüksək meyarlara cavab verir

Mən sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda möhtərəm Prezidentimiz İlham Əliyevin dərin məzmunlı, parlaq nitqini, tədbirdəki çıxışları maraqla izlədim. İclasda çox sayda ölkənin parlament nümayəndələrinin iştirakı, dəyərli rəy, təklif və tövsiyələri məni sevindirdi.
Azərbaycan Prezidenti cənab İlham Əliyev nitqində haqlı olaraq vurğuladı ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. Bu amil xalqımızın sivil, bəşəri dəyərlərə sadiqliyini bariz şəkildə nümayiş etdirir. 
Olduqca qürurverici haldır ki, müsəlman Şərqində ilk demokratik, parlamentli respublika qurmaq məhz Azərbaycan xalqına nəsib olub. Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, 200-dən çox qanun qəbul etməsi, qadınlara seçib-seçilmək hüququ verməsi mütərəqqi hadisədir. 
Bütün bunlar tarixin yaddaşına qızıl hərflərlə həkk olunub. Bu faktı qonaqların da dönə-dönə vurğulaması diqqətdən yayına bilməzdi. Belə bir parlaq uğura yüksək vətənpərvərlik ruhu və zəngin dövlətçilik ənənələri olan xalq nail ola bilərdi. 
Yaxşı haldır ki, bu gün müstəqil Azərbaycanda AXC-nin demokratik ənənələri uğurla davam etdirilir. Beynəlxalq ekspertlər hər zaman qeyd edirlər ki, Azərbaycanın qanunvericilik bazası ən yüksək beynəlxalq meyarlara cavab verir. 
Mən Bakı Dövlət Universitetində beynəlxalq jurnalistika fənnindən dərs deyirəm. Bu gün qlobal miqyasda baş verən güclü informasiya axını, həmin prosesin arxasında duran qüvvələrin maraq və hədəfləri barədə tələbələri məlumatlandırmağa çalışıram. Auditoriyada tələbələrlə ünsiyyət zamanı hər dəfə belə bir məqamı qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycan Respublikasının Milli Məclisi ölkəmizin informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində bütün vacib qanunları qəbul edib. Bəli, biz fəxr edə bilərik ki, parlamentarilərimiz bu istiqamətdə, həqiqətən,  yüksək peşəkar və səmərəli işlər görürlər. Bu qanunlar dövlətimizin və xalqımızın milli maraqlarını tamamilə təmin edir. 
Bir məqamı da vurğulamaq istərdim. Azərbaycan xalqı öz tarixinə dərin ehtiramla yanaşan xalqlardandır. Fikrimcə, Bakıda, Milli Məclisdə keçirilən həmin təntənəli iclas bunu bir daha bütün dünyaya nümayiş etdirdi. 

İlham MAZANLI,  
Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının dosenti, 
tarix üzrə fəlsəfə doktoru 

24 Sentyabr 2018 23:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2020 | 11:01
Hacı Bədəl körpüsü

Köhnə versiyamızdan xəbərləri izlə