Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

1860 məcburi köçkün özünüməşğulluq proqramı əsasında təsərrüfat yaradıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edənlər arasında  həssas əhali qruplarından olan məcburi köçkünlərə də üstünlük verilir.

2019-cu ildə özünüməşğulluq proqramına cəlb edilənlərdən 1860 nəfəri məcburi köçkünlər olub.

Onlar da digər proqram iştirakçıları kimi ilk növbədə təlimlərə cəlb ediliblər. Təlimlər zamanı kiçik biznesin qurulması və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələniblər.

Biznes-planlarını müdafiə etdikdən sonra onlara mal və materiallar formasında aktivlər təqdim edilib. Bu aktivlər hesabına həmin şəxslər ailə təsərrüfatlarını qurublar. Qurulan təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələri üzrədir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti"

5 2020 11:35 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə