Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Olimpiada həyəcanları başladı

Dünən  Gürcüstanın  Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasına start  verilmişdir.  Kişilərdən  ibarət heyətlərin  yarışında 185,  qadınların  turnirində isə 151 komanda  mübarizə  aparır. Hər komandanın  heyətinə 4 əsas  və 1 ehtiyat oyuncu  daxildir. 
Olimpiadanın  qalib və  mükafatçıları oktyabrın 5-də  məlum olacaq. Rəqiblər 11 turda  yarışacaqlar. Beşinci  turdan sonra, sentyabrın 29-da şahmatçılar istirahət  edəcəklər. Turlar Bakı  vaxtı  ilə saat 15-də  başlayır.
Azərbaycanın  kişilərdən ibarət komandasının şərəfini  Şəhriyar  Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərli  qoruyurlar. Komandanın  kapitanı  Qədir Hüseynovdur. Qadın şahmatçılarımız isə  Günay  Məmmədzadə,  Zeynəb Məmmədyarova, Xanım Balacayeva,  Gülnar  Məmmədova  və  Ülviyyə  Fətəliyevadan ibarət  heyətlə  çıxış  edirlər. Komandanın  kapitanı Fikrət  Sideifzadədir.
İştirakçı  ölkələrin  siyahısında Azərbaycanın  kişilərdən  ibarət  komandası  2748  xalla  ABŞ (2772), Rusiya (2764) və Çindən (2756) sonra dördüncü, qadın komandamız (2369) isə 11-ci mövqedədir.
Dünən  keçirilən birinci  turda  kişi qrossmeysterlərimiz Beynəlxalq Fiziki Qüsurlu Şahmatçılar Assosiasiyasının komandası  ilə  görüşmüş, qadın komandamız isə İordaniya  yığmasına qarşı oynamışdır.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

24 Sentyabr 2018 23:20 - İDMAN
İDMAN
1 Oktyabr 2020 | 00:49
Tarkovski “Lester”ə keçir
30 Sentyabr 2020 | 10:11
Bakıdakı Qran-pri ləğv olundu
30 Sentyabr 2020 | 09:59
"Traktor"dan Azərbaycana dəstək
29 Sentyabr 2020 | 21:41
Messinin rekordu təkrarlandı

Köhnə versiyamızdan xəbərləri izlə