Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2020-ci il üçün müsabiqə

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2020-ci il üçün Mədəniyyət Nazirliyi aşağıdakı müəyyən edilmiş tədbirlər üzrə müsabiqə elan edir.

  1.  Xalq yaradıcılığı və sənətkarlığın inkişafına dair təşəbbüslər

  2. “Müasir dünyanın multikultural məkanı: Azərbaycan” mövzusunda tədbirlərin təşkilinə dair təşəbbüslərin dəstəklənməsi

   3.   Regionlarda mədəni-kütləvi tədbirlərin dəstəklənməsinə dair təşəbbüslər

  “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən QHT-lər 2020-ci ilin mart ayının 03-dək ərizələrini müsabiqənin şərtlərinə  uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;

QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;

Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;

Tədbirin keçiriləcəyi yer və tarix;

Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);

Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar. Ünvan: AZ 1000, Bakı şəhəri, Hökumət Evi, Ü.Hacıbəyov küçəsi 40. Tel: (012) 498-79-53  (012) 498-20-62  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi.

Təqdim etdi:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

4 2020 11:02 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə