Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kliniki Tibbi Mərkəzdə seminar keçirilib

Səhiyyə Nazirliyinin "Yeni 2019-nCoV koronavirus" xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə 27.01.2020-ci il tarixli 3 saylı Əmrini əsas tutaraq Kliniki Tİbbi Mərkəzdə seminar keçirilib.

Görüşdə KTM-in baş direktoru Ədalət Dadaşov, müavinlər Səbinə Əhmədova, Məhəbbət İbrahimova, 7 saylı Uşaq Yoluxucu Xəstəxananın həkimləri, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu pulmonoqları, KTM-in I - II yoluxucu xəstəliklər şöbəsinin həkim-infeksionistləri iştirak ediblər.

Seminarı Azərbaycan Respublikasının baş infeksionisti , tibb üzrə fəlsəfə doktoru, ATU-nun dosenti Cəlal İsayev giriş sözü ilə açaraq xəstəlik barədə iştirakçılara məlumat verib.

Daha sonra baş infeksionist xəstəlikdən qorunma yollarına diqqət çəkib. Qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, və TƏBİB bununla bağlı birgə məlumatlar yayaraq maarifləndirmə işləri həyata keçiriblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

4 2020 11:08 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə