Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Samux Suvarma Sistemləri İdarəsi Açıq Tender Elan Edir

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31- nə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. 
Əlaqələndirici şəxs- İmran Məmmədov .
Ünvan- Samux şəhəri, H.Əliyev prospekti 2.
E-mail: [email protected]
Telefon- (022) 275 14 27.
Tender 3 (üç) lot üzrə keçiriləcəkdir.
Lot -1.Subartezian nasoslarının ehtiyat hissələrinin satın alınması.
Lot -2 .Nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satın alınması.
Lot -3.Tikinti materiallarının satın alınması.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 100 (bir yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat-Samux Suvarma Sistemləri İdarəsi
Bank rekvizitləri-
• H/h- AZ64AİİB32051019448500201185 
• VÖEN- 6900056121
• Bank- “Kapital Bank”ın Samux filialı
• VÖEN- 9900003611
• Kod- 200855
• M/h- AZ37NABZ01350100000000001944
• S.W.İ.F.T: BİK AİİBAZ 2X
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);
-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
- vergilər nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;
- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 21 fevral 2020-ci il saat 15.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 2 mart 2020-ci il saat 15.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifi zərfləri 3 mart 2020-ci il saat 15.00-da elektron portal vasitəsilə açılacaqdır.

 

Tender komissiyası

5 Fevral 2020 00:41 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
27 Sentyabr 2020 | 00:57
B İ L D İ R İ Ş
27 Sentyabr 2020 | 00:57
B İ L D İ R İ Ş
27 Sentyabr 2020 | 00:57
B İ L D İ R İ Ş
26 Sentyabr 2020 | 04:37
B İ L D İ R İ Ş
26 Sentyabr 2020 | 04:36
B İ L D İ R İ Ş
26 Sentyabr 2020 | 04:35
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə