Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bozdağ Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi yüksək təzyiqli boru kəmərlərinin əsaslı və cari təmiri üçün polietilen boruların və tikinti materiallarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 
– aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu. 
Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-nə kimidir. Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.  
Əlaqələndirici şəxs – İbrahimov Elmir Bəhrəm  oğlu.
Ünvan – Mingəçevir şəhəri, Sağ sahil Tunel küçəsi Y.Q.K.İ.İ 
E-mail: [email protected] 
Tel – (024) 274 59 27. 
Tender 1 (bir) lot üzrə keçiriləcəkdir. 
Lot – 1. Yüksək təzyiqli boru kəmərlərinin cari təmiri üçün polietilen boruların və tikinti materiallarının satın alınması.
Lot – 2. Yüksək təzyiqli boru kəmərlərinin əsaslı təmiri üçün polietilen boruların və tikinti materiallarının satın alınması.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 100 (bir yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. 
Bank rekvizitləri- 
• H/h- AZ82AİİB32051019442900201129 
• VÖEN- 2700140271 
• Bank- Dövlət Xəzinədarlığı Agentliyi 
• VÖEN- 1401555071 
• Kod- 210027 
• M/h- AZ07NABZ01360100000000004944 
•  S.W.İ.F.T: BİK CTREAZ 24 
• Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər: 
• - iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi; 
• - tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
• - tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır); 
• -malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir: 
• -malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 
• -malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi; 
• -malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim edilməlidir). 
• - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar; 
• - Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış; 
• Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış; 
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 21 fevral 2020-ci il saat 15.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron portal vasitəsi ilə təqdim etməlidirlər. 
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 2 mart 2020-ci il saat  15.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər. 
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır. 
Tender təklifləri zərfləri 3  mart 2020-ci il saat 15.00-da elektron portal vasitəsilə açılacaqdır. 

 

Tender komissiyası

2 Fevral 2020 10:11 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
27 Sentyabr 2020 | 00:57
B İ L D İ R İ Ş
27 Sentyabr 2020 | 00:57
B İ L D İ R İ Ş
27 Sentyabr 2020 | 00:57
B İ L D İ R İ Ş
26 Sentyabr 2020 | 04:37
B İ L D İ R İ Ş
26 Sentyabr 2020 | 04:36
B İ L D İ R İ Ş
26 Sentyabr 2020 | 04:35
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə