Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya həyəcan təbili çalır...

Rusiya ərazisində koronavirusa yoluxmuş ilk iki xəstə aşkar edilib. RİA Novosti xəbər verir ki, xəstələrin hər ikisi Çin vətəndaşıdır.

Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova bildirib ki, koronavirus Zabaykalye  və Tümen bölgəsində aşkarlanıb.

Qolikova eyni zamanda Çinin iki şəhərindən rusiyalıların təxliyəsinin başladığını açıqlayıb. İlkin məlumatlara görə, Uhan şəhərində 300, Hubey şəhərində isə 341 rusiyalı var.

Xatırladaq ki, Çinin Uhan şəhərində meydana gəlmiş yeni "2019-nCoV" adlı koronavirus indiyədək 213 nəfərin ölümünə səbəb olub. Bundan başqa, 10 minə yaxın insanın bu ölümcül virusa yoluxduğu bildirilir.

Koronavirusla yoluxma faktları Çindən başqa, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrdə qeydə alınıb.

Səadət RZAYEVA,
“Xalq qəzeti”

31 2020 17:47 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə