Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Baklift-3” İxtisaslaşdırılmış İstehsalat İdarəsi liftin ehtiyat hissələrinin satın alınması məqsədilə Açıq Tender Elan Edir

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Liftin ehtiyat hissələrinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən tender predmeti üzrə təkliflərini möhürlənib imzalanmış ikiqat zərfdə yazılı şəkildə təqdim etsinlər. 
Təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi , analoji işlərdə təcrübəsi, iddiaçının maliyyə vəziyyəti və maddi-texniki bazası.
Müqavilədə bütün malların və onlarla bağlı xidmətlərin mənşəyi və harada istehsal olunmaları bildirilməlidir. Tenderlə əlaqədar məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək lazımdır. 
Ünvan-Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 97.
Əlaqələndirici şəxs- Əliyev Fərhad Əli oğlu.
Telefon- ( 012 ) 3791174.
İştirak haqqı 100 (bir yüz) manatdır.
İddiaçılar iştirak haqqını aşağıdaki hesaba köçürməlidirlər:
Bank- ABB-nin Nərimanov filialı
Kod-805540
VÖEN-9900001881
M/h- AZ03NABZ01350100000000002944 
 Hh- AZ35İBAZ38030019449783431206
VÖEN- 2000310381
S.W.I.F.T: IBAZAZ2X
 haqqı heç bir halda geri qaytarılmır. 
Tenderdə iştirak üçün aşağıdakı sənədlər “Baklift-3” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin tender komissiyasına təqdim edilməlidir:
- tenderdə iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 18 mart 2020-ci il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətlərini isə möhürlənmiş ikiqat zərfdə 6 aprel 2020-ci il saat 17.00 - a qədər Bakı şəhəri,Xətai rayonu, M.Hadi küçəsi 97 nömrəli ünvana tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 7 aprel 2020-ci il saat 15.00 - da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 
 
Tender komissiyası
31 2020 00:28 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
8 Avqust 2020 | 00:01
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə