Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi 2020-ci il üçün hədəfqaldırıcıların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. İddiaçı qismində ixtisaslı işçi heyətinə malik olan mikro, kiçik və orta sahibkarlıq subyektləri açıq tenderdə iştirak edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər. İştirak haqqı 300 manatdır.
B1. Benefisiar (alan) bank
Adı- Dövlət Xəzinədarlığı Agentliyi 
Kod- 210005 
VÖEN -1401555071 
M/h- AZ41NABZ 01360100000000003944 
SWIFT BIK CTREAZ22
B2- Vəsaiti alan müştəri (benefisiar)
Adı- DİN-in Daxili Qoşunlarının Baş İdarəsi
H/h - AZ44CTRE 00000000000002458570 
VÖEN -1500426471
D3. Büdcə təsnifatının kodu -142330 
D4. Büdcə səviyyəsinin kodu -7
İştirak haqqı heç bir halda geri ­qaytarılmır. 
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
- tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, bank rekvizitləri, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənib imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır). Bank təminatını təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;
- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları ­haqqında rəsmi məlumat;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti);
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 19 fevral 2020-ci il saat 16.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 27 fevral 2020-ci il saat 12.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların tender təklifləri 28 fevral 2020-ci il saat 16.00-da dövlət satınalmalarının vahid internet portalında açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
İddiaçılar təklif olunan maldan 3 (üç) dəst nümunə sınaqlar aparmaq üçün Daxili Qoşunların Baş İdarəsinə 2020-ci il fevralın 19-dək təqdim olunmalıdır. Təqdim olunan nümunələr şərtlər toplusunda qeyd edilən texniki xüsusiyyətlərə (tələb olunan texniki şərtlərə) əsasən hazırlanmalı, qəbul zamanı sifarişçi və malgöndərən tərəfindən möhürlənib təsdiqlənməlidir.

30 2020 00:29 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
8 Avqust 2020 | 00:01
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə