Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suriya ordusunun genişmiqyaslı hücumu

Suriya ordusunun genişmiqyaslı hücumu

Suriya ordusu İdlib əyalətinin cənub-şərqində yerləşən mühüm strateji əhəmiyyətə malik Maarat-ən-Nuuman şəhərinin böyük bir hissəsini “Cəhbət-ən-Nusra (digər adı “Həyat Təhrir Aş-Şam”) yaraqlılarından təmizləyib.

“SANA” agentliyinin məlumatına görə, Suriya ordusunun genişmiqyaslı əməliyyatı nəticəsində şəhərin əksər kənd və qəsəbələri, şəhərətrafı  yaşayış məntəqələri Suriya ordusunun nəzarətinə keçib.

Gərgin döyüşlərdə Suriya ordusunun 40 nəfər hərbçisi həlak olub, 80 nəfər isə xəsarət alıb. 50 nəfər  yaraqlı məhv edilib.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

29 2020 16:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə