Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvarın 30-da gözlənilən hava şəraiti

Yanvarın 30-da gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Yanvarın 30-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 3-6, gündüz  12-14, Bakıda  gecə 4-6, gündüz  12-14 dərəcə isti olacaq. Atmosfer  təzyiqi  759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz  50-55 faiz olacaq.  

Azərbaycanın rayonlarında

Yanvarın 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək  isti, gündüz  11-16 dərəcə  isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  2-7 dərəcə isti  olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 30-da Abşeron yarımadasında sabit hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

29 2020 16:40 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə