Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazax: qapını döyən var...

Qazax: qapını döyən var...

Biri həyət-bacanı süpürür, digəri qab-qacağı yuyur, başqa birisi odun doğrayur...

Təsvir etdiyim mənzərə Qazax rayonunun Ağköynək kəndində imkansız qadın Bahar Süleymanovanın evində baş verib.Qeyd edək ki, rayonun könüllü gəncləri "Könüllü qonaq" təşəbbüsünə qoşularaq xeyirxah işlərlə məşğuldurlar.

Gənclərin İnkişaf və Karyera Mərkəzi könüllülərinin və fəal gənclərin qatıldığı bu aksiya qonaq olduqları ev sahibi üçün də bir növ sürpriz olmuşdur. Sözügedən təşəbbüsün əsas məqsədi  qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işləri aparmaq, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaratmaqdır.

Gənclər ölkəmizin digər şəhər və kəndlərində yaşayan həmyaşıdlarını da "Könüllü qonaq" təşəbbüsünə qoşulmağa çağırıblar.

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

29 2020 16:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə