Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məntəqələrdə hərəkət məhdudiyyətli seçicilər üçün xüsusi panduslar quraşdırılacaq

Məntəqələrdə hərəkət məhdudiyyətli seçicilər üçün xüsusi panduslar quraşdırılacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov secki-2020.az saytına məlumat verib ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar hərəkət məhdudiyyəti olan vətəndaşların səs vermələri üçün lazımi şərait yaradılır. Məntəqələrdə hərəkət məhdudiyyətli seçicilər üçün xüsusi panduslar quraşdırılacaq

Mikayıl Rəhimov qeyd edib ki, ehtiyacı olan bütün məntəqələr xüsusi panduslarla təmin edilir:“Məntəqələrdə xüsusi panduslar quraşdırılır ki, hərəkət məhdudiyyəti olan seçicilər sərbəst şəkildə məntəqəyə daxil olaraq səsvermə hüququndan istifadə edə bilsinlər. Bütün bunlar diqqət mərkəzindədir və heç kəs diqqətdən kənarda qalmayacaq. Hərəkət məhdudiyyətli seçicilərin də səsvermə hüquqları var, onların bu hüquqları tanınır”.

“Xalq qəzeti”

29 2020 14:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə