Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub”

“Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub”

“Azərbaycanın həm zəngin seçki təcrübəsi var, həm də ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün qanunvericilik”. Bu fikirləri secki-2020.az saytına açıqlamasında Türkiyənin Bilkənt Universitetinin professoru Bülent Mehmet Çaplı deyib.

Türkiyəli professor Azərbaycanda seçki administrasiyasının medianın seçki prosesini qanun çərçivəsində işıqlandırması üçün bütün tədbirləri gördüyünü diqqətə çatdıraraq deyib: “Bu, çox əhəmiyyətli məsələdir. Çünki seçicilərin qərar verməsi, hansı namizədi dəstəkləməsi üçün ehtiyacı olan məlumatı kütləvi informasiya vasitələri təmin edir. Bu baxımdan, KİV-in azad və şəffaf şəkildə işləyə bilməsi vacibdir. Azərbaycanda dövləti təmsil edən qurumların bu məsələdəki həssaslığı, xüsusilə seçicilər, media və dövlət arasında kommunikasiyanın düzgün qurulması sevindiricidir”.
B.Çaplı müşahidələrinə əsasən qeyd edir ki, fevralın 9-da Milli Məclisə seçkilər demokratik prinsiplərə uyğun keçiriləcək: “Əminəm ki, seçicilər öz iradələrini azad şəkildə ifadə edə biləcəklər”.

 

Anar TURAN, “Xalq qəzeti”

29 2020 01:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə