Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parlament seçkilərində seçicilərin yüksək fəallığını və mütəşəkkilliyini gözləyirik

Parlament seçkilərində seçicilərin yüksək fəallığını və mütəşəkkilliyini gözləyirik

Ölkəmizin həyatında çox mühüm siyasi əhəmiyyətə malik olan parlament seçkilərinə hazırlıq işləri davam etməkdədir. Bu seçkilərin də demokratik, azad, ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun keçiriləcəyi şübhəsizdir. Bunu seçki dairə və məntəqələrində görülən hazırlıq işləri də təsdiq edir. Vəziyyətlə yaxından tanış olmaq üçün 28 saylı Sabunçu üçüncü dairə seçki komissiyasında olduq. Dairə seçki komissiyasının sədri Hacıbala Babayev bizimlə söhbətində bildirdi:

– Bu gün ölkəmizin hər yerində parlament seçkilərinə hazırlıq davam edir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə fevralın 9-na təyin edilmiş parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün dairə seçki komissiyası üzvləri tam səfərbər olunmuşlar. Artıq seçici siyahıları dəqiqləşdirilmiş, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki subyektlərinin maarifləndirilməsi üçün işlər aparılır, treninqlər keçirilir. Bizim seçki dairəsində 53004 nəfər seçici qeydə alınmışdır, bizim dairədə 38 seçki məntəqəsi fəaliyyət göstərir. Həmin məntəqələr Maştağa, Nardaran, Zabrat və Bilgə qəsəbələrində yerləşir.
28-ci dairə seçki komissiyasında 9 namizəd qeydə alınmışdır. Onlara təbliğat və təşviqat kampaniyası aparmaq üçün hər cür şərait yaradılmışdır. Seçicilərlə görüşləri üçün onlara xüsusi yerlər ayrılmışdır. 
Seçki məntəqələrinin yaxınlığında quraşdırılımış lövhələrdə namizədlər heç bir problemlə qarşılaşmadan özlərinin və təmsil olunduqları siyasi qurumların təbliğat plakatlarını asa bilirlər. Namizədlərə bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanı, müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələrinin sərbəst fəaliyyəti üçün tam azad və maneəsiz şərait yaradılıb. 
Seçki zamanı hər hansı bir problemin yaranmaması üçün seçki məntəqələri MSK tərəfindən hazırlanmış təlimatlarla təmin olunub. Bu vaxta qədər aparılan təbliğat-təşviqat kampaniyasında heç bir insident qeydə alınmayıb.
 Bütün tədbirlərimiz Seçki Məcəlləsinə və MSK-nın hazırlayıb təsdiq etdiyi Təqvim Planına uyğun həyata keçirilir. Seçki zamanı qarşıya çıxan problemlər, ərizə və şikayətlərin qəbulu, icrası, adları səsvermə siyahısında olmayanların seçici siyahısına salınması və digər qaydalar barəsində maarifləndirmə tədbirlərində ətraflı məlumat verilir. Çalışırıq ki, bu seçkilər əvvəlkilərdən də yüksək səviyyədə keçsin, seçiçilər istədikləri namizədlərə sərbəst şəkildə səs versinlər. 

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

29 2020 01:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə