Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mayk Pompeo Özbəkistana səfər edəcək

Mayk Pompeo Özbəkistana səfər edəcək

Birləşmiş Ştatların Dövlət katibi Mayk Pompeo fevralın 2-3-də Özbəkistana səfər edəcək. Bu barədə “FERGANA.NEWS” agentliyi məlumat yayıb.
Bildirilir ki, səfər müddətində Mayk Pompeo Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə və Xarici İşlər naziri Əbdüləziz Kamilovla görüşəcək. ABŞ Dövlət katibi Daşkənddə “Mərkəzi Asiya-ABŞ” (“C5+1”) formatında keçiriləcək nazirlərin görüşündə də iştirak edəcək.
Məlumata görə, tədbirdə Mayk Pompeo ABŞ-ın Mərkəzi Asiya üzrə yeni strategiyasına müvafiq olaraq bu ölkələrə dəstəyini təsdiq edəcək.
Qeyd edilir ki, görüşə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın Xarici İşlər nazirləri qatılacaq.
.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

29 2020 00:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə