Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suriyada yaranmış son vəziyyət geniş müzakirə edilib

Suriyada yaranmış son vəziyyət geniş müzakirə edilib

Rusiya Prezidentinin Suriya nizamlaması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və xarici işlər nazirinin müavini Sergey Verşinin Suriyanın dövlət başçısı Bəşər Əsədlə ölkədəki sonuncu terror yuvalarını məhv etmək və siyasi nizamlamaya nail olmaq kimi məsələləri müzakirə ediblər. Məlumatı Rusiya XİN-ə istinadən TASS verib.

Nazirlikdən verilən məlumata görə, Suriya Prezidenti Bəşər Əsəd Rusiyanın idarələrarası nümayəndə heyətini qəbul edib. Heyətin tərkibində Rusiya Müdafiə Nazirliyinin nümayəndələri də olub. 
XİN-in məlumatında deyilir: “Söhbət zamanı Suriyada və onun ətrafında yaranmış vəziyyət, terror yuvalarının ləğv edilməsindən sonra ölkədə uzunmüddətli sabitlik yaradılması, eləcə də Suriyanın bütün ərazisində  ehtiyac duyan hər kəsə kompleks humanitar yardım göstərilməsi məsələləri geniş müzakirə olunub. Bu, bütün qaçqınların və ölkə daxilindəki məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına kömək edəcək”. 
Bundan əlavə, Rusiya XİN bəyan edib ki, Suriya Prezidenti ilə görüşdə Cenevrədə Konstitusiya Komitəsinin işinin davam etdirilməsi də daxil olmaqla, BMT-nin dəstəyi ilə suriyalıların özləri tərəfindən ölkədə siyasi nizamlamaya nail olunması mövzusu da müzakirəyə çıxarılıb. 
Dünən ABŞ-ın dövlət katibi Mayk Pompeonun Suriyadakı vəziyyətlə bağlı verdiyi bəyanatda isə bildirilir ki, Vaşinqton dinc sakinlərə qarşı hücumlar həyata keçirən Suriya hakimiyyətinə və onu dəstəkləyənlərə qarşı ən ciddi diplomatik və iqtisadi tədbirlər görəcək: “Birləşmiş Ştatlar Suriyanın şimal-qərbindəki vəziyyəti narahatlıqla izləyir. Burada Prezident Bəşər Əsəd və ona dəstək verən ölkələr İdlib əyalətində və Hələbin qərb hissələrində əhaliyə qarşı genişmiqyaslı hücumlar edirlər. Nəticədə Maaret-ən-Numan şəhərində minlərlə mülki vətəndaş hava zərbələrinə məruz qalıb və onların qaçmaq imkanları yoxdur. Başqa rayonlardan isə on minlərlə insan qaçqın düşməkdədir”. 
Dünən Suriyadakı vəziyyətlə bağlı ABŞ və Türkiyə prezidentləri, eləcə də Rusiya və Türkiyənin xarici işlər nazirləri arasında da telefon danışığı olub. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

 

29 2020 00:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə