Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı

Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı

“Anadolu” agentliyi Ağ evin mətbuat katibinin müavini Cadd Dirə istinadən xəbər verir ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ dövlətinin başçısı Donald Tramp arasında telefon danışığı olub. Telefon bağlantısının hansı tərəfin təşəbbüsü ilə baş tutduğu bildirilmir. 
Liderlər Liviya və ­Suriyanın şimal-qərbindəki mövcud vəziyyəti müzakirə ediblər. Onlar hesab edirlər ki, Liviyada silahlı qarşıdurmaya son qoyulmalı və bu ölkədə atəşkəs rejimi dəstəklənməlidir. 
Xatırladaq ki, son həftələr ərzində Suriyanın şimal-şərqində yerləşən İdlib şəhəri və ətrafdakı yaşayış məntəqələrində də vəziyyət son dərəcə gərginləşib. Bəşər Əsəd rejimi silahlı müxalifətin mövqelərinə intensiv hava zərbələri endirir. Bu zaman dinc əhali arasaında itkilərin sayı artır. Türkiyə və ABŞ prezidentləri bu məsələ ilə bağlı bildiriblər ki, bölgədə zorakılıqların davam etdirilməsinə təcili son qoyulmalıdır. 
C.Dirin sözlərinə görə, ABŞ lideri ölkəsinin Aralıq dənizi regionunda Türkiyə ilə Yunanıstan arasında son vaxtlar yaranmış gərginliyə son qoyulmasında maraqlı olduğunu vurğulayıb.  Bildirib ki, bunun üçün hər iki tərəfin konkret addımlar atmasını arzulayır. 
Sonda bildirək ki, Türkiyə Prezidenti  Afrika turnesi çəçivəsində dünən Qambiyada olub. Türkiyə lideri Banjuledə mətbuat konfransında çıxışı zamanı Liviyadakı son duruma da toxunub. O, təəssüflə qeyd edib ki, feldmarşal Xəlifə Həftar Liviyada sülhün bərqərar olunmasına hər vasitə ilə mane olmağa çalışır. Dünya birliyi bu ölkədə münaqişənin qarşısının alınması üçün ciddi tədbirlər görməlidir.   

 

M.HACIXANLI,
“Xalq qəzeti” 

29 2020 00:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə