• RUB: 0.0251
  • TRY: 0.2459
  • EUR: 1.9383
  • USD: 1.7000
  • Bakı + 26.8 ° C / 63%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəbizlik və bağırsaq xərçəngindən qoruyan meyvə

Qəbizlik və bağırsaq xərçəngindən qoruyan meyvə

Amerika alimləri gavalını qida rasionuna tez-tez daxil etməyi tövsiyə edirlər. Bu, xüsusilə tünd rəngli növlərə aiddir. Bildirilir ki, bu növün tərkibi antioksidantlarla zəngindir. Bu barədə “MEDdaily.com” saytı məlumat yayıb.

Sayt yazır ki, gavalı həzm prosesini yaxşılaşdırır, xolesterinin səviyyəsini aşağı salır, bağırsaqlarda infeksiya və xərçəngin qarşısını alır. Bundan başqa gavalı diabet xəstələri üçün də faydalıdır.

Məlumata görə, tərkibi kalium və qidalı liflərlə zəngin olan gavalı qəbizliklə mübarizədə çox effektlidir.

Alimlər qara gavalını bağırsaq xərçənginin profulaktikasında çox effektli hesab edirlər. Gavalı polifenol maddələri ilə zəngindir. Bu maddələr güclü antioksidantlar sayılır və orqanizmi hüceyrələr səviyyəsində qoruyur.

Mütəxəssislər hər gün 2-3 gavalı yeməyi tövsiyə edirlər.

 

Elçin  ABBASOV,
“Xalq qəzeti”

4 2018 17:17 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin