Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sınaq uğurlu olub

Sınaq uğurlu olub

“Boeing” şirkəti dünyanın ən böyük sərnişin təyyarəsinin ilk sınaq uçuşunu uğurla həyata keçirib.  Sınaq uçuşu 4 saat davam edib. Bildirilir ki, “Boeing 777-9X” avialaynerinin sınaq uçuşu 4,6 kilometr hündürlükdə, enişi güclü külək və zəif görmə şəraitində həyata keçirilib. Təyyarənin  2021-ci ildə ilk sifarişçilərə çatdırılması nəzərdə tutulur.
Qeyd edilir ki, avialaynerin maksimal uçuş kütləsi isə 351,5 ton təşkil edir. Təyyarənin ölçüləri ona 349-414 sərnişin daşımağa imkan verir.
Məlumatı “Bloomberg” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

29 2020 00:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə