Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya çempionatı: beşinci gün

Milli Gimnastika Arenasında keçirilən cüdo  üzrə dünya  çempionatında  bu  axşam  daha iki çəki  dərəcəsində  medallar sahiblərini  tapacaq. Azərbaycan komandası turnirin beşinci  gününün proqramında 90  kq  çəkidə  çıxış  edən Məmmədəli  Mehdiyevlə  təmsil  olunub. Cüdoçumuz startda  belaruslu  rəqibinə qalib gəlsə də, iknci  görüşdə  Macarıstan  idmançısına uduzaraq turnirdə  mübarizəni dayandırıb.

Çempionatın  ilk dörd  günündən sonra  medal qazanmış  ölkələrin  siyahısına 4  qızıl, 5  gümüş və 1  bürünc mükafatla  Yaponiya  millisi  başçılıq  edir. Azərbaycan komandası 73 kq  çəki  dərəcəsində Hidayət  Heydərovun  qazandığı  bürünc  medal  sayəsində  hələlik 12-ci  yerdədir.

 

“Xalq qəzeti“

24 Sentyabr 2018 15:45 - İDMAN
İDMAN
1 Oktyabr 2020 | 00:49
Tarkovski “Lester”ə keçir
30 Sentyabr 2020 | 10:11
Bakıdakı Qran-pri ləğv olundu
30 Sentyabr 2020 | 09:59
"Traktor"dan Azərbaycana dəstək
29 Sentyabr 2020 | 21:41
Messinin rekordu təkrarlandı

Köhnə versiyamızdan xəbərləri izlə