Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş məşqçi postuna 32 namizəd var

Baş məşqçi postuna 32 namizəd var

Azərbaycan milli komandasının baş məşqçisi postuna 32 namizəd var.

Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bildirib. 

O, hələ heç bir namizədlə danışıqların aparılmadığını söyləyib. Milli assosiasiya rəsmisi İcraiyyə Komitəsinin növbəti iclasınadək bu sayın 15-ə endiriləcəyini və nəticədə yekun qərarın qəbul olunacağını əlavə edib.

İcraçı-vitse-prezidentin sözlərinə görə, titullu mütəxəssislər də, hələ özünü təsdiqləməyənlər də namizədliyini təklif edilib. O, növbəti iclasın 15 gün sonra keçiriləcəyini söyləyib.

E.Məmmədov icraçı vitse-prezident və yeni vitse-prezidentin iş yerinin AFFA-da olacağını da əlavə edib: "Əvvəlki illərdə digər iki vitse-prezident bizə kömək etsələr də, AFFA-da oturmurdular. İndi isə mən və Vaqif müəllim aparılan işlərə məsuliyyət daşıyacağıq. Bundan başqa FİFA və UEFA-da icraçı vitse-prezidentə daha böyük səlahiyyətlər yaradılacaq".

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

29 2020 11:17 - İDMAN
İDMAN
22 Fevral 2020 | 10:57
"Bavariya" liderliyi qorudu
22 Fevral 2020 | 10:53
Futbolçumuz xarici kluba keçdi

Köhnə versiyamızdan xəbərləri izlə