Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kiçikyaşlı cüdoçular arasında paytaxt birinciliyinə start verilib

Kiçikyaşlı cüdoçular arasında paytaxt birinciliyinə start verilib

Fövqaladə Hallar Nazirliyinin Hövsanda yerləşən Olimpiya İdman Mərkəzində kiçikyaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyinə start verilib.

Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 718 cüdoçu mübarizə aparır. Paytaxtın 62 klubunu təmsil edən balaca cüdoçular qalib adı uğrunda yarışıblar. Birinciliyin ilk günü oğlan və qızlar arasında 5 çəki dərəcələrində mükafatçılar müəyyənləşib.

Müxtəlif çəki dərəcələrində Fatimə Xayırova, Darya Bıkova, Səfiyyə Əzizova, Zəhra Hüseynzadə, Aysun Məmmədova, İsmayıl İsmayılzadə, Rəsul Əlizadə, Elnur Sultanov, Murad Rüstəmli və Səid Hüseynov  bütün rəqiblərinə qalib gələrək paytaxt birinciliyinin qalibi adına layiq görülüblər. Mükafatçılara diplom və medallar təqdim olunub.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

29 2020 11:15 - İDMAN
İDMAN
22 Fevral 2020 | 10:57
"Bavariya" liderliyi qorudu
22 Fevral 2020 | 10:53
Futbolçumuz xarici kluba keçdi

Köhnə versiyamızdan xəbərləri izlə