Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Göyçayda sənaye məhsullarının istehsalı 32,3 faiz artıb

Göyçayda sənaye məhsullarının istehsalı 32,3 faiz artıb

Göyçay rayonunda yola saldığımız 2019-cu ildə sənaye məhsullarının istehsalı və xidmətlər əvvəlki illə müqayisədə önəmli dərəcədə artıb.

Ötən il 33 milyon 176 min manatlıq sənaye məhsulları istehsal edilib və xidmətlər göstərilib. Bu göstərici 2018-ci illə müqayisədə 8 milyon 100 min manat və ya 32,3 faiz çoxdur. Hazırda rayonda 22 sənaye müəssisəsi fəaliyyət göstərir. Onlardan “AzNar” QSC, “Şərab ASC”, “ATF” MMC və bir sıra digər müəssisələr öz fəaliyyətlərini ildən-ilə genişləndirir və ötən il məhsul istehsalında fərqləniblər.

Qeyd edək ki, bölgələrin sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait respublikamızın digər aqrar rayonları kimi, Göyçayda da iqtisadiyyatın şaxələndirilməsinə, o cümlədən sənayenin inkişafına güclü təkan verir.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

29 2020 11:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə