Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu şəxslər koronavirusa yoluxmurlar

Bu şəxslər koronavirusa yoluxmurlar

35-50 yaşlı kişilər üçün “Koronavirus 2019-nCoV” daha çox təhlükə yaradır.

Bu barədə Rusiyada tibb sahəsində yüksək çinli mənbə məlumat verib.

Nəşrin müsahibi bildirib ki, “virusun bu ştammı irqindən və sosial vəziyyətindən asılı olmayaraq, 35-50 yaşlarında olan kişilər üçün daha böyük təhlükə yaradır – məhz onlar ölənlər və yoluxanlar arasında mütləq əksəriyyət təşkil edir. Uşaqlar və hamilə qadınlar isə demək olar ki, yoluxmurlar”.

Qeyd edək ki, son məlumatlara görə, dəhşətli virusdan 132 nəfər həlak olub. Bundan başqa, 4500-dən artıq insan xəstəliyə yoluxub.

Virusun insandan insana ötürüldüyü bildirilir. Yanvarın 28-də isə Çinin səhiyyə qurumunun nümayəndəsi dəriyə təmasla da yoluxma ola biləcəyini açıqlamışdı.

“Əgər virus əllərin dərisinə düşərsə və bu vaxt gözlərinizi təsadüfən ovuşdurursanız, virus yoluxması baş verə bilər”, - deyə o bildirmişdi.

Bundan başqa, Çində koronavirusun yayılmasının pik həddinin 7-10 gündən sonra baş verəcəyi proqnozlaşdırılıb.

Elşən AĞALAR,
“Xalq qəzeti”

29 2020 11:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə