Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsrail tərəfi fələstinlilərlə danışıqlara hazırdır

İsrail tərəfi fələstinlilərlə danışıqlara hazırdır

İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin fələstinlilərlə ABŞ-ın Yaxın Şərq Sülh planı - “Əsrin sövdələşməsi” üzrə danışıqlar aparmağa hazır olduğunu söyləyib.

Məlumata görə, Netanyahu bunu ABŞ Prezidenti Donald Trampla keçirdiyi birgə mətbuat konfransında deyib.

"İsrail sülh danışıqlarına başlamağa hazırdır. Fələstinlilərin nə qərar verməsindən asılı olmayaraq, İsrail növbəti dörd il ərzində sülh yolunu davam etdirəcək”, - deyə Baş nazir əlavə edib. 

Qeyd edək ki, ABŞ-ın hazırkı administrasiyası tərəfindən hazırlanmış Yaxın Şərq Sülh planı Fələstin-İsrail münasibətlərinin nizamlanmasını nəzərdə tutur. Təxminən üç il əvvəl sülh təşəbbüsü ilə ortaya atılmış plan Trampın müşaviri Jared Kuşner və ABŞ liderinin köməkçisi Jeyson Qrinblatt tərəfindən hazırlanıb.

“Xalq qəzeti”

29 2020 11:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə