Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdə virusları təyin etmək üçün laboratoriya var

Ölkəmizdə virusları təyin etmək üçün laboratoriya var

Azərbaycanda yayılmağı ehtimal edilən yeni koronovirusla (2019-nCOV) bağlı ciddi narahatlıq var. Səhiyyə sahəsində bəzi səlahiyyətlilər Azərbaycanda koronovirusu təyin üçün laboratoriyanın olmadığını iddia ediblər. Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev isə Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasının bütün növ qrip viruslarının təyin etmə imkanına malik olduğunu bildirib:

“Bu stansiyada bütün qrip növlərini təyin etmək üçün beynəlxalq standartlara uyğun laboratoriya var. Həmin laboratoriyada dünyanın ən böyük ölkəsi olan ABŞ-ın Müdafiə Departamenti həm bu, həm də digər məsələlərlə bağlı treninqlər keçir. Necə yəni Azərbaycanda bu virusları təyin etmək üçün laboratoriya yoxdur? Əgər onlar deyirlərsə ki, yoxdur, mən də deyirəm ki, var.

Həmin laboratoriyada müasir tələblərə cavab verən hər cür şərait var. Dünyanın hər hansı bir yerindəki müayinələr və tədqiqatların aparılması bizim laboratoriyada da mümkündür. Həmin stansiyaya giriş xüsusi buraxılışla mümkündür. Kimin şübhəsi varsa, Səhiyyə Nazirliyinin xüsusi şöbəsindən icazə alıb laboratoriyada ola bilər.

2006-cı ildə Azərbaycanda sözügedən qrip növlərini təyin etmək mümkün olmurdu. Nümunələri Londona, Birləşmiş Ərəb Əmirliklərinə göndərirdik. Amma şükür ki, indi bütün şəraitlərə malik laboratoriyamız var və hər bir virusu orada təyin etmək mümkündür”.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

29 2020 10:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə