Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Armudun özünəxas faydaları var

Armudun özünəxas faydaları var

 Armud ən faydalı meyvələrdən biridir. Armudun tərkibində vitaminlər, minerallar, qidali liflər, orqanik turşular və s. faydalı maddələr var.

- Armud arıqlamağa kömək edir. Zəngin lif mənbəyi olan armud uzun müddət tox tutmağı təmin edir.

- Anti-kanserogen xüsusiyyəti ilə xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.

- Tərkibindəki antioksidanlar sayəsində soyuqdəymə, qrip və qrip kimi xəstəliklərə qarşı toxunulmazlığı güclü saxlayır.-

- Həzm sisteminə müsbət təsir edir.

- Kaliumla zəngin olduğu üçün ürək sağlamlığı üçün faydalıdır və qan artırır. Digər tərəfdən, bədənin hər tərəfində qan dövranını gücləndirir.

- Armuddakı minerallar sümükləri möhkəmləndirir.

- Diabetik xəstələr üçün tövsiyə olunur. Ümumiyyətlə həkimlər armudu diabet xəstələrinin qida rasionlarına salmalarını məsləhət görür.

- Yüksək qan təzyiqinin qarşısını alır. Nəfəs darlığı üçün yaxşıdır. Qızdırmanı aşağı salır.

- Armudda fol turşusu (B9 vitamini) çoxdur. Bu vitamin insanın qanyaratma sistemi üçün çox vacibdir. Həmçinin fol turşusu hamiləlik zamanı ən vacib vitamin sayılır. Bu vitamin döldə anadangəlmə qüsurların inkişafının qarşısını alır.

- Armud K vitamini ilə zəngindir. K vitamini damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

- Armud kişilər üçün çox faydalıdır. Xalq təbabətində armud kompotu və armud çayı prostatit zamanı və bu xəstəliyin profilaktikası məqsədi ilə istifadə olunur.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

29 2020 10:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə