Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

1480 soydaşımız erməni əsir və girovluğundan xilas edilib

1480 soydaşımız erməni əsir və girovluğundan xilas edilib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların yeni statistikasını açıqlayıb.

Dövlət Komissiyasının İşçi qrupundan mediaya verilmiş məlumata görə, 1 yanvar 2020-ci il tarixinə Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 3 min 889 nəfərdir.

İtkin düşmüş şəxs kimi rəsmi qeydiyyata alınmış hərbçilərin sayı 3 min 170 nəfər, mülki şəxslərin sayı 719  nəfərdir. Ümumilikdə, itkinlərin 3 min 622 nəfərini kişilər, 267 nəfərini isə qadınlar təşkil edir.

İtkin kimi qeydə alınmış mülki şəxslərdən uşaqlar 71 nəfər, qadınlar 267 nəfər, qocalar 326 nəfərdir.

Əsir-girov götürülməsi barədə Dövlət Komissiyasına məlumatlar daxil olmuş şəxslər isə hazırda 871 nəfər təşkil edir.  Bunlardan 773-ü kişilər, 98-i qadınlardır. Əsir-girov götürüldüyü bildirilən şəxslərin 604 nəfəri hərbçi, 267 nəfəri mülki şəxsdir. Mülki şəxslərin 29 nəfəri uşaqlar, 98 nəfəri qadınlar, 112 nəfəri qocalardır.

1 yanvar 2020-ci il tarixinə olan məlumata görə, əsir və girovluqdan azad edilmiş şəxslər 1480 nəfərdir. Onlardan 378 nəfər hərbçilər, 1102 nəfər mülki şəxslərdir. Əsir və girovluqdan azad edilmiş mülki şəxslərin  224-ü  uşaqlar,  357-si qadınlar,  225-i qocalardır.

R.TAHİR,
“Xalq qəzeti”

28 2020 15:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə