Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misirin Xeops ehramında gizli otaq aşkarlanıb

Alimlər Misirdəki Xeops ehramının daxili qatlarında gizli otaq aşkarlayıblar. Fransa və Yaponiya arxeoloqlarından ibarət qrup ehramı iki il tədqiq edəndən sonra sensasiyalı tapıntı barədə bəyanat veriblər. Bu barədə dünya mediasında yayılan xəbərdə bildirilir ki, həmin otağın uzunluğu 30, hündürlüyü 5 metrə çatır. Gizli hücrə Böyük qalereyanın altında yerləşir və dar maili dəhliz şəklindədir. Kiçik otaq ehrama əsas girişin üzərindədir.

“ScanPyramids” komandası bəşəriyyətin ən qədim tikililərindən birinə zərər vurmamaq üçün myuon tomoqrafiyası - zərrəciklərlə şüalandırma  üsulundan istifadə ediblər. Lakin alimlər boşluqların formasını və strukturunu dəqiqləşdirə bilmədiklərindən hələlik onları "zal" adlandırmırlar. Mütəxəssislər otağın hansı məqsədlə istifadə olunduğunu da hələlik müəyyən edə bilməyiblər.

LİGO cazibə detektorları ilə çalışan alimlər tədqiqatlar zamanı əldə olunmuş eksperimental nəticələri araşdırandan sonra bildiriblər ki, ehramda müəmmalı cazibə dalğaları aşkarlanıb. “ScanPyramids”in elmi rəhbəri, məşhur amerikalı arxeoloq və misirşünas Mark Lener deyib: “Ola bilər ki, aşkarladığımız məkanlar Böyük Qalereyanın çox dar örtük daşlarına düşən ağırlığı bir qədər azaltmaq üçün inşaatçıların bilərəkdən boş saxladıqları məkandır”.

Layihənin rəhbərlərindən biri, Qahirə Universitetinin professoru Ani Helalo isə hesab edib ki, aşkarlanan məkanlar adi “boşluq”lar deyil. Layihənin digər rəhbəri Mehdi Təyyubi isə deyir ki, həmin otağa 200 sərnişinlik təyyarəni yerləşdirmək olar.

İndi Xeops ehramında böyük otaqların sayı 4-dür: fironun kamerası, çariçanın kamerası, Böyük Qalereya və “gizli otaq”. Alimlərin dediklərinə görə, 4500 il əvvəl ehram inşa olunandan bəri həmin “gizli otaq”lara kimsənin ayağı dəyməyib.

Xatırladaq ki, bu ehram, təxminən, 4,5 min il əvvəl, IV qədim Misir sülaləsinin hakimiyyəti illərində daha çox Xeops adı ilə tanınan firon Xufunun əmri ilə tikilib. O, uzun müddət dünyanın ən hündür tikilisi olaraq qalıb. Qahirə şəhəri yaxınlığında yerləşən ehramın hündürlüyü 139 metr, eni isə bünövrəsində 250 metr, ağırlığı isə 8 milyon tondan artıqdır.

Dünyanın ən qədim və iri tarixi abidələrindən biri olan Xeops ehramının necə tikildiyi barədə alimlər hələ də ortaq fikrə gələ bilməyiblər.

R.TAHİR,
“Xalq qəzeti”

28 2020 15:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyul 2020 | 06:19
Yeni dünyanın güclü lideri

Köhnə versiyamızdan xəbərləri izlə