Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycandea ilk aptek 1850-ci ildə yaradılıb

İlk aptekin yaranma tarixi XIX əsrə dayanır. Belə ki, Salyan qəzasının, indiki Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən və "Allah mədəni" adlanan məşhur balıqçılıq müəssisəsində yanğın baş verib.

Yanğından sonra 1841-ci ildə vətəgələr xəstəxana, inzibati idarə və yaşayış sahələri ilə birlikdə Bankəyə köçürülür. O vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər görülürdü.

Bunun nəticəsində, Azərbaycanda ilk aptek 1850-ci ildə Salyan qəzasında, indiki Neftçala rayonunun Bankə qəsəbəsində balıqçı gəmisində yaradılıb. Şəraiti ilə əlaqədar olaraq, sonralar həmin aptek, Bankə balıq vətəgəsinin binasına köçürülüb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

28 2020 15:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyul 2020 | 06:19
Yeni dünyanın güclü lideri

Köhnə versiyamızdan xəbərləri izlə