Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Millimizdən ardıcıl üçüncü qələbə

Millimizdən ardıcıl üçüncü qələbə

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət milli komandamız hazırlıq çərçivəsində bu gün sonuncu yoxlama matçına çıxıb.

Qol.az xəbər verir ki, rəqib Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığması olub. Matç millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.U-19-un heyətindən Mustafa Yıldırım və Samir Abdullayev fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında yanvarın 25-də keçirilmiş oyunda yığmamız 2:0 hesablı qələbə qazanıb. Komandamız ondan öncə Türkiyənin “Alanyaspor” klubunun U-19 komandasını da 4:2 hesabıyla məğlub etmişdi.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

28 2020 14:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə