Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Quba Mərkəzi Kitabxana Sistemində tədbir

Quba Mərkəzi Kitabxana Sistemində tədbir

Bu il yanvarın 27-də Quba rayonu Mərkəzi Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasının oxu zalında seminar - müşavirə keçirilib.

Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Saməddin Nəsirov qeyd edib ki, son illər ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən uğurlu dəyişiklikləri təbliğ etmək sahəsində kitabxana işçilərinin üzərinə böyük vəzifələr düşür. S.Nəsirovun fikrincə, bu vəzifələrin öhdəsindən uğurla gəlmək üçün hər bir işçi həm məsuliyyətli, həm də  təşəbbüskar olmalıdır.

Tədbirdə sonra çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Söhrab Əmrahov 2019-cu ildə keçirilən “Oxu bayramı”nın yekun nəticələri barəsində geniş məlumat verib. O, həmçinin 2020-ci ilin “Könüllülər ili” elan olunması ilə bağlı bildirib ki, bu gün elə bir sahə yoxdur ki, oraya könüllülər geniş cəlb olunmasın. S.Əmrahov deyib ki, artıq kitabxana sahəsində də gənc könüllülər durmadan artır. 

Seminar-müşavirədə gənclərin asudə vaxtlarının səmərəli təşkili, bilik və bacarıqlarının təkmiləşdirilməsi üçün kitabxanalarda müasir standartlara uyğun dərnəklərin təşkilinin əhəmiyyəti də qeyd edilib.  

MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova, Səbətlər kənd kitabxanasının filial müdiri Məhbubə İlyasova, Afurca kənd kitabxanasının filial müdiri Etibar Rəşidov, Güləzi kənd kitabxanasının kitabxanaçısı Ağababa Tarverdiyev və başqaları tədbirdə çıxış ediblər, rayonda kitabxana işinin daha da yaxşılaşdırılması məqsədilə fikir və təkliflərini bildiriblər.

M.HACIXANLI,
“Xalq qəzeti”

28 2020 14:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə