Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Madonna bu dəfə ingilisləri məyus etdi

Dünyaca məşhur müğənni Madonna “Madame X” turu çərçivəsində baş tutacaq konsertlərini təxirə salmada davam edir.

Boston (ard-arda 3 dəfə) və Lissabonda çıxışına 45 dəqiqə qalmış səhnəyə çıxmaqdan imtina edən sənətçi bu dəfə ingilis pərəstişkarlarını məyus edib.

61 yaşlı sənətçi Londondakı konsertini təxirə saldığını açıqlayıb və fanatlarından üzr istəyib: “27 yanvarda Londondakı konsertimi ləğv etməyə məcbur oldum. Kədərliyəm. Hamınız bilirsiz ki, konsert turumun ilk günlərində səhhətimdə problem yarandı. Daim bədənim dincəlməlidir. Səhhətimin qaydasına düşməyi əsas amil olmalıdır. Edəcəyim son şey fanatlarımı məyus etməkdir. Şoumu təhlükəyə atmaq istəmirəm. Biletləri geri qaytararaq pulunuzu götürə bilərsiz”.

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

28 2020 14:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyul 2020 | 06:19
Yeni dünyanın güclü lideri

Köhnə versiyamızdan xəbərləri izlə