Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədlinin 78 yaşı tamam olur

Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədlinin 78 yaşı tamam olur

Bakı Dövlət Universitetinin Jurnalistika  fakultəsində professor, Prezident təqaüdçüsü Cahangir Məmmədlinin 78 illiyi münasibətilə tədbir keçirilib. 

Tədbirə toplaşanlar Azərbaycan mətbuat tarixi və jurnalistikasının sadiq tədqiqatçılarından olan alimin fəaliyyətinin müxtəlif istiqamətlərinə nəzər salıblar, onun yaradıcılığı və pedaqoq kimi fəaliyyəti ilə bağlı fikirlərini bildirblər.

Qeyd edək ki, Cahangir Məmmədli 1968-ci ildə ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən bu fakültədə müəllimlik fəaliyyətinə başlayıb. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışır. Cıxıs edənlər Cahangir müəllimin nəcib insani keyfiyyətlərindən danışıblar. O, həmişə zəhmətsevərliyi, çalışqanlığı, elmə sadiqliyi ilə seçilib və bu xüsusiyyətləri pedaqoji fəaliyyəti ərzində tələbərinə də aşılamağa çalışıb. 250 elmi, 1300 publisistik məqalənin müəllifi olan alimin ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabı nəşr olunub. Cahangir Məmmədli bu gün də yorulmadan təcrübəsini və biliklərini gənclərlə bölüşür.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

28 2020 11:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə