Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şirin Nexamiya Mixaeli: Parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək

Şirin Nexamiya Mixaeli: Parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək

“Əslən Azərbaycandan olan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzi” və “İsraildə Azərbaycan evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli secki-2020.az saytına açıqlamasında bildirib ki, bizim üçün Azərbaycanda baş verən proseslər mühüm əhəmiyyət kəsb edir.

Mixaeli  bildirib ki, Azərbaycan daim güclənən və inkişaf edən ölkədir: "Biz ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək. Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsi, hər zaman olduğu kimi, bütün tərəfdaş və dost dövlətlərlə, o cümlədən İsraillə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi çox önəmlidir".

Şirin Nexamiya Mixaeli yeni formalaşacaq parlamentin Azərbaycanın inkişafının daha da sürətlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

“Xalq qəzeti”

28 2020 11:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə