Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident Ruhani: Heç bir ölkə İranın bu qədər davam gətirəcəyini düşünmürdü

İranın Prezidenti Həsən Ruhani İran vilayətləri valilərinin iclasında bildirib ki, heç bir ölkə İranın təzyiqlər qarşısında bu qədər davam gətirəcəyini düşünmürdü.

Dövlət başçısı qeyd edib ki, rəsmi Tehrana dost və yaxşı münasibətləri olmayan ölkələr İranın bir neçə aydan artıq davam gətirə bilməyəcəyini təsəvvür edirdi.

"Bu, İranda sadə bir gün deyil, ölkə iki ildir ən ağır iqtisadi, siyasi və təbliğat təzyiqləri ilə üzləşib", - deyən Prezident Ruhani əlavə edib ki, hazırda İran xalqına qarşı təzyiq hər zamankından daha çoxdur.

Qeyd edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib və sanksiyalar siyahısını bir neçə mərhələdə genişləndirib.

                                                           “Xalq qəzeti”

28 2020 10:28 -

Köhnə versiyamızdan xəbərləri izlə