Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Arno Xidirbeqişvili: Bu gün Azərbaycan dünya ölkələrinin ali registrinə daxildir

Bu, Prezident İlham Əliyevin dövlət xadimi və ölkəsinin lideri kimi böyük qələbəsidir

Arno Xidirbeqişvili: Bu gün Azərbaycan dünya ölkələrinin ali registrinə daxildir

Gürcüstanlı politoloq Arno Xidirbeqişvili bildirib ki, ­Prezident İlham Əliyev Azərbaycanın ­xarici siyasətində “əsas qələbə deyil, iştirakdır” idman prinsipini bölüşməyən praqmatik siyasətçidir.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyev müsahibələrində vurğulayıb ki, Azərbaycan beynəlxalq təşkilatlarda və ittifaqlarda yalnız kiməsə xoş gəlmək üçün iştirak etməyəcək: “Onun üçün əsas meyar istənilən layihənin Azərbaycan xalqına verəcəyi səmərədir. Ona görə də Azərbaycan Prezidentinin Davosda Dünya İqtisadi Forumunda iştirakı konkret məqsədlərə xidmət edir”.
Politoloq əlavə edib ki, Azərbaycan bir çox səbəblərə görə forum iştirakçılarının əksəriyyəti üçün maraq doğururdu: “Məsələ ondadır ki, Ermənistanda mövcud olan siyasi və iqtisadi durğunluq, eləcə də Gürcüstandakı siyasi qeyri-stabillik fonunda Azərbaycan regionun qeyd-şərtsiz liderinə çevrilib. Bunda əsas rolu vətəndaşların rifahına yönəlmiş müasir milli dövlət modeli yaratmış Prezident İlham Əliyevin sayəsində əldə olunan sabitlik oynayıb. Azərbaycanın neft ölkələri arasında rolu kəskin artdıqdan sonra Prezident İlham Əliyev daha da irəli gedib. Bunu İlham Əliyevin Davosdakı görüşləri təsdiq etdi. İnnovativ texnologiyalar, bank sektoru, sosial, iqtisadi, demoqrafik, iqlim, sənaye və texnologiya layihələrinə investisiyalar müasir Azərbaycanın rəhbərinin prioritetləri arasındadır”.
A.Xidirbeqişvili bildirib ki, Azərbaycan məlum səbəblərdən qarşılıqlı maraq kəsb edir – bu, onun Vaşinqton və ya Moskvadan razılıq gözləmədən öz məsələlərini müstəqil həll edən və özünü təmin edə bilən ölkə olmasıdır: “Buradan Azərbaycanın dünya ölkələrinin ali registrinə daxil olan ölkə kimi siyasi statusu formalaşır.
Mən elə bir hal xatırlamıram ki, Azərbaycan nəinki tənqid olunsun, həm də hansısa səhvi qeyd edilsin. Nə Avropa və ABŞ, nə də bu hallarda ehtiyatlı olan Rusiya Azərbaycanı tənqid üçün imkan tapmır və bu, Prezident İlham Əliyevin dövlət xadimi və ölkəsinin lideri kimi böyük qələbəsidir”.

 

“Xalq qəzeti”

27 2020 22:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə