Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Cəmiyyətdə seçkilərə maraq kifayət qədər böyükdür”

“Namizədlərin təbliğat-təşviqat kampaniyasını aparmaları üçün geniş imkanlar var. Yaradılan şərait, eyni zamanda, internet resurslarından istifadə namizədlərin tanınması və əhali qrupları ilə işləmələri baxımından geniş imkanlar yaradır”. Bu sözləri “secki-2020.az” saytına açıqlamasında “Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin sədri, siyasi-analitik Elməddin Behbud bildirib.
Qeyd edib ki, qarşıdan gələn parlament seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb: “Budəfəki seçkilər əvvəlkilərə nisbətən daha gərgin mübarizə şəraitində keçəcək. Cəmiyyətdə seçkilərə maraq kifayət qədər böyükdür. Çünki həm namizədlərin çoxluğu müşahidə olunur, həm də müxtəlif sosial kateqoriyaları təmsil edən perspektivli və iddialı şəxslər seçki prosesinə qatılıblar”.
QHT rəhbəri əlavə edib ki, yeni gənc namizədlərin də seçki prosesinə qoşulması, fəal təbliğat-təşviqat kampaniyası aparması seçkiöncəsi mühiti daha da stimullaşdırır. 

Ülviyyə Sabirqızı

 

27 2020 22:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyul 2020 | 06:19
Yeni dünyanın güclü lideri

Köhnə versiyamızdan xəbərləri izlə