Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq”

“Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq”

“Azərbaycan davamlı olaraq siyasi, iqtisadi və sosial islahatlar aparan, dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir”. Bunu “secki-2020.az” ­saytına ­açıqlamasında Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib.

“Ölkənin çiçəklənməsinin əsas təminatı azərbaycan­lıların Prezident İlham Əliyevin həyata keçirdiyi keyfiyyətli dəyişikliklərə inamıdır. Şübhə yoxdur ki, Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq. Aydındır ki, ölkənin inkişafının hər bir mərhələsi xüsusi yanaşma tələb edir. Eyni zamanda, parlamentdə də təcrübəli, bacarıqlı siyasətçilərin, fərqli dünyagörüşü olan nəslin nümayəndələrinin təmsil olunması əsas amillərdəndir. Əsas odur ki, bu şəxslər dövrün çağırışlarına çevik cavab verə bilən insanlar olsunlar”, – deyə Dmitri Savelyev vurğulayıb.
Rusiyalı parlamentari bildirib ki, seçkilərdə namizədlərin sayının çoxluğu ölkədə artan siyasi fəallığın göstəricisidir: “2015-ci ilin noyabrında mən Milli Məclisə keçirilən seçkilərdə müşahidəçi idim. Həmin seçkilərdə yüksək təşkilatçılıq, şəffaflıq və demokratik mühitin şahidi oldum. Bu seçkiləri də Rusiya Dövlət Dumasının digər deputatları və Federasiya Şurasının üzvləri ilə birlikdə daxil olduğum böyük bir nümayəndə heyəti izləyəcək. Əminəm ki, bu dəfə də Azərbaycan yeni tərkibli parlamentin formalaşmasına məsuliyyətlə yanaşacaq, seçkilərin ölkənin qanunvericiliyinə və beynəlxalq hüquq normalarına tam uyğun şəkildə keçirilməsi təmin ediləcək”.

 

Hazırladı:
Anar Əliyev, “Xalq qəzeti”

 

27 2020 22:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə