Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Üzərimizə düşən vəzifənin nə qədər məsuliyyətli olduğunu dərk edirik”

“Uzun illərdir ki, məntəqə seçki komissiyasına rəhbərlik edirəm. Bu müddətdə prezident, parlament və bələdiyyə seçkilərində iştirak etmişəm. Artıq bu sahədə kifayət qədər təcrübə toplamışam. Seçkilərin yüksək səviyyədə təşkil olunub keçirilməsində məntəqə seçki komissiyaları məsuliyyət daşıyırlar. Biz, komissiya üzvləri olaraq, qarşıya qoyulan vəzifələrin öhdəsindən peşəkarlıqla gəlmək üçün bütün imkanlardan istifadə edirik. Çünki bu seçkilərin nə qədər məsuliyyətli olduğunu çox yaxşı bilirik”. Bu fikirləri 16 saylı Yasamal II seçki dairəsinin 21 saylı məntəqə seçki komissiyasının sədri Mənsurə Qurbanova dedi.

Komissiya sədri rəhbərlik etdiyi seçki məntəqəsində 1363 seçicinin səs verəcəyinin proqnozlaşdırıldığını bildirdi: “Seçici siyahıları dəqiqləşdirilərək, müvafiq yerdən asılıb. Hazırda bildirişlərin paylanılmasına başlanılıb. Məntəqəmiz söküntü ərazisini əhatə etdiyindən seçici siyahısında dəyişikliklər olur. Ona görə də adlarını seçici siyahısında tapmayanlar tez-tez bizə müraciət edirlər. Bütün bunlara baxmayaraq, seçki təyin olunan günə qədər problemi aradan qaldırmağa çalışırıq. Vətəndaşların seçki hüquqlarının qorunması, seçici siyahılarının dəqiqləşdirilməsi və seçicilərin həmin siyahılarla tanış edilməsi, seçki məntəqələrinin səsvermə gününə tam hazır olması qarşıda duran ən mühüm vəzifələrdəndir”.
Seçki məntəqələrinin zəruri ləvazimatla təmin olunmasından söhbət açan M.Qurbanova bu sahədə bütün problemlərin aradan qaldırıldığını dedi. Artıq səsverməyə tam hazır olduqlarını bildirən seçki məntəqəsinin sədri maarifləndirmə tədbirlərinə qatıldıqlarını vurğuladı. Belə tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran M. Qurbanova dedi ki, maarifləndirmə tədbirlərində seçki günü prosedurları, səsvermə hərəkətləri və qarşıya çıxa biləcək müstəsna hallar əyani şəkildə iştirakçılara nümayiş etdirilir, həmçinin praktiki məşğələlər zamanı əhatə olunan mövzular geniş müzakirə edilərək, ortaya çıxan suallar cavablandırılır.
“Seçicilərin azad və sərbəst səs vermələrinin təşkili, səslərin hesablanması və səsvermənin nəticələri haqqında protokolların qüsursuz tərtib edilərək, dərhal dairə seçki komissiyalarına çatdırılması kimi mühüm vəzifələrin qanunvericiliyin tələblərinə uyğun yerinə yetirilməsi qarşımıza qoyulan mühüm vəzifələrdəndir” –deyən M. Qurbanova bu vəzifələrin öhdəsindən layiqincə gələrək, ölkəmizin tarixinə daha bir demokratik seçki tarixinin yazılacağını bildirdi. 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

27 2020 22:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyul 2020 | 06:19
Yeni dünyanın güclü lideri

Köhnə versiyamızdan xəbərləri izlə