Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bakı – Moskva: mədəniyyətlərin dialoqu” konfransı əlaqələrimizə yeni stimul verəcək

“Bakı – Moskva: mədəniyyətlərin dialoqu” konfransı əlaqələrimizə yeni stimul verəcək

Ölkəmiz daha bir mühüm tədbirə evsahibliyi etdi. Bakıda çox möhtəşəm bir tədbir – “Bakı – Moskva: mədəniyyətlərin dialoqu” konfransı keçirildi. Bu tədbir, əslində, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya rəsmi səfərinin mühüm nəticəsi idi. Moskva ilə Bakı arasında mədəni əlaqələrin tarixi kökləri var. Bu barədə kifayət qədər yazılıb. Müstəqillik illərində bu əlaqələr daha da inkişaf etməyə başlamış və strateji tərəfdaşlıq xarakteri almışdır. 

Bu gün, doğrudan da, Azərbaycanın Rusiya ilə digər sahələrdə olduğu kimi, mədəniyyət sferasında da genişmiqyaslı əməkdaşlığı mövcuddur. Ölkəmiz Rusiyada keçirilən müxtəlif mədəni layihələrdə yaxından iştirak edir. Son illər Rusiya ilə mədəni əlaqələrin inkişafına töhfə verən bir sıra tədbirlər keçirilib. Ötən il Moskvada mədəniyyət sahəsi ilə əlaqədar təşkil edilən ikitərəfli görüşlər məhsuldar olub, müəyyən razılıq əldə edilib. Həmin əlaqələr bu gün də davam etdirilir. 
Moskva Şəhər Mədəniyyət Departamenti direktorunun müavini Vladimir Filippov Bakıda olarkən deyib ki, uzun illər eyni sistemlə idarə edilən dövlətlər kimi bu gün Rusiya və Azərbaycanın bir-biri ilə mədəniyyət, təhsil və digər sahələrdə təcrübələrini bölüşməyə geniş imkanlar var. “Bakı – Moskva: mədəniyyətlərin dialoqu” konfransı bu imkanlardan bəhrələnmək üçün geniş imkanlar açır.
Bu konfrans müasir və yenilənən hər iki dövlətin bir-birini yaxından tanıması baxımından əhəmiyyət kəsb edir. Muzey işi, kitabxana, konsert müəssisələri arasında birgə layihələr və təqdimatlar, yaradıcı kollektivlərin birgə qarşılıqlı əlaqələri, müxtəlif şəhərlərdə tədbirlərin reallaşması birgə əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir. Moskvada Bakı günlərinin və Bakıda isə Moskva günlərinin keçirilməsi bu əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. 
Mənim də konfrans nümayəndələri ilə görüşlərim oldu. Onlar Azərbaycan haqqında, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı islahatlar haqqında ürəkdolusu danışırdılar. Konfrans iştirakçıları Bakının bir sıra mədəniyyət müəssisələrində, kitabxanalarda, muzeylərdə, Bakı Slavyan Universitetində oldular. Maraqlı görüşlər keçirildi. Konfrans çərçivəsində keçirilən “dəyirmi masa”da səslənən fikirlərin əksəriyyəti Bakı ilə Moskvanın gələcək əlaqələrinə yönəlmişdi.
Maraqlı cəhətlərdən biri də o idi ki, nümayəndə heyəti arasında Rusiya mədəniyyətinin müxtəlif sahələrinin sənət adamları var idi. Onlar Azərbaycan mədəniyyəti, onun keçmişi və bu günü ilə bağlı maraqla danışırdılar. Mədəniyyət naziri Əbülfəz Qarayev nümayəndə heyəti ilə görüşləri, onlara Azərbaycan mədəniyyətinin son illərdə qazandığı uğurlar haqqında verdiyi məlumatlar xüsusilə diqqətçəkən idi.
 Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanla görüşlər, onun “Hakimiyyət formulu” və “Həyat formulu” kitablarının təqdimatı da maraqlı oldu. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu paytaxtımızda keçirilən “Bakı – Moskva: mədəniyyətlərin dialoqu” konfransını yüksək dəyərləndirdi. Bildirdi ki, Azərbaycanla Rusiya arasında uğurla inkişaf edən münasibətlər bir çox istiqamətləri, o cümlədən humanitar sferanı, mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlığı əhatə edir.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, bu günlər Moskvada və Azərbaycanda Polad Bülbüloğlunun 75 illik yubileyi keçirilir. Elə bir neçə gün bundan əvvəl Moskvada Polad Bülbüloğlunun təntənəli yubiley konserti keçirildi. Ümumiyyətlə, onun Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında xidmətləri çox böyükdür. Biz də bu böyük sənətkarı yubileyi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.
“Bakı – Moskva: mədəniyyətlərin dialoqu” konfransı uğurla başa çatdı. Bizə belə gəlir ki, həmin konfrans əlaqələrimizə yeni stimul verəcək.

Elçin ORUCOV, 
Əməkdar mədəniyyət işçisi, rəssam

27 2020 22:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə