Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mott MacDonald” Bakıda ekoloji layihəni uğurla gerçəkləşdirir

“Mott MacDonald” Bakıda ekoloji layihəni uğurla gerçəkləşdirir

Prezident İlham Əliyevin tapşırığına əsasən, paytaxtda gerçəkləşdirilən önəmli ekoloji layihə – bərk məişət tullantılarının, onlardan faydalanmaqla, zərərsizləşdirilməsi konsepsiyası mərhələ-mərhələ gerçəkləşdirilir. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə ötən ilin iyul ayından Nərimanov rayonunda start verdiyi layihənin icrasında növbəti birgə monitorinq keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimovun redaksiyamıza verdiyi məlumatda bildirilir ki, bugünlərdə Bakıya ezam olunmuş ingilis şirkətinin menecment-məsləhətçisi Nik Wilson Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Monitorinq Mərkəzində mütəxəssislərə və media təmsilçilərinə ekoloji konsepsiyanın icrasının gedişi barədə ətraflı məlumat verib, sualları cavablandırıb.
Bildirilib ki, tullantıların kompozisiyasının araşdırılması prosesi hər 2-3 aydan bir təkrarlanır. Bu dəfə həm də növbəti mərhələyə hazırlıq aparılır. İngilis şirkətinin nümayəndəsi konsepsiya ilə bağlı kommunal xidmətlərin işini yüksək qiymətləndirib, yaxın vaxtlarda digər rayonların da bu layihəyə qoşulacağını qeyd edib.
Nərimanov rayon MKTB-nin rəisi Elçin Həşimov isə deyib ki, ilk günlər 6-7 ton tullantı təkrar emala göndərilirdisə, hazırda bu rəqəm 25 tona çatıb. İndiyədək 11 monitorinq keçirilib və hər dəfə müsbət irəliləyiş qeydə alınıb. Bu ilin aprelindən Nizami, Yasamal və Nəsimi, sonrakı illərdə isə digər rayonlar layihəyə cəlb olunacaq. Hələlik Almaniyadan 5 xüsusi avtonəqliyyat vasitəlsi alınıb, fevralda isə Bakıya 27 belə maşın gətiriləcək.
Yeni ekoloji konsepsiya məişət tullantılarının zərərsizləşdiriməsi sahəsində Bakını Avropanın iri şəhərləri səviyyəsinə çatdıracaq, əlavə iqtisadi fayda gətirəcək.

 

R.TAHİR, “Xalq qəzeti”

27 2020 22:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə