Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zərdab Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və  podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin  yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-dəkdir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. 
Əlaqələndirici şəxs- Mayıl Hüseynov.
Ünvan- Zərdab rayonu, Ucar-Zərdab şosesi.
E-mail: [email protected]
Tel-020 29 6 52 07
Tender 3 (üç) lot üzrə keçiriləcəkdir.
lot -1. Cari təmir işlərinin görülməsi üçün mal-material, mexaniki və elektrik avadanlıqlarının satın alınması.
lot -2. Maşın-mexanizmlərə və nəqliyyat vasitələrinə ehtiyat hissələrinin satın alınması.
lot -3. Əsaslı təmir işlərinin görülməsi üçün mal-material, nasos və elektrik avadanlıqlarının satın alınması.
Maraqlananlar tenderin  əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak  üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba hər lot üçün 100 (bir yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portal vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat-Zərdab Suvarma Sistemləri İdarəsi
Bank rekvizitləri-
 H/h- 32051019444600201146
• Bank-”Kapital Bank”ın Zərdab filialı
• VÖEN-9900003611
• Kod- 200468
• M/h-4628010000
• S.W.İ.F.T: BİK AİİBAZ22
Malgöndərənlər (podratçılar) iddiaçı status almaq və tenderdə iştirak  üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.
1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.
2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğdə tender təklifinin təminatı  bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır)
4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
4.1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
4.2. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi.
4.3. Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim edilməlidir).
 - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi
vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar.
- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və  lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış.
- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış.
4.4. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 14 fevral 2020-ci il saat 15.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 24 fevral 2020-ci il saat 15.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifi zərfləri 25 fevral  2020-ci il  saat 15.00-da  elektron portal vasitəsilə açılacaqdır.
 
 
Tender komissiyası
28 2020 02:27 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə