Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ “əsrin razılaşması”nın vaxtını açıqlayacaq

ABŞ “əsrin razılaşması”nın vaxtını açıqlayacaq

ABŞ Prezidenti Donald Tramp İsraillə Fələstinin barışmasına şərait yaradacaq “əsrin razılaşması”nın vaxtı haqqında danışıb. Bu barədə ABŞ administrasiyasındakı mənbəyə istinadən “Reuters” məlumat yayıb. 

Tramp bildirib: “Bu planı reallaşdırmaq üçün bizim 6 həftə vaxtımız var”. Mənbənin məlumatına görə, bu sözləri ABŞ lideri İsrailin Baş naziri Binyamin Netanyahuya və onun 2 mart seçkilərində rəqibi, müxalifətdəki “Kaxon-Lavan” blokunun lideri Beni Hansa deyib. 
Bu gün Tramp Vaşinqtonda İsrailin Baş naziri və müxalifət lideri ilə görüşəcək, onlarla “əsrin razılaşması” və onun reallaşması müddəti ətrafında müzakirə aparacaq. Bundan sonra Tramp və Netanyahu Ağ evdə İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə nizamlanması planı barədə açıqlama ilə çıxış edəcəklər. 
Xatırladaq ki, Ağ ev 2019-cu ilin aprelində İsrail-Fələstin münaqişəsinin nizamlanması ilə bağlı “əsrin razılaşması” adlı plan hazırlanmasının anonsunu vermişdi. Bəzi məlumatlara görə, planda ABŞ-ın Qüdsü (Yerusəlim) iki hissəyə parçalaması və Fələstin dövlətini yaratması nəzərdə tutulur. Keçən il iyunun 23-də isə Vaşinqton tərəfindən bu planın reallaşması üçün 50 milyard dollar vəsait ayrılması ilə bağlı təklif irəli sürülmüşdü. 


Paşa ƏMİRCANOV,  “Xalq qəzeti”

27 2020 22:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə