Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə: Elazığda axtarış-xilasetmə işləri davam etdirilir

Qardaş ölkədə zəlzələ qurbanlarının sayı 41-ə çatıb

Türkiyə: Elazığda axtarış-xilasetmə işləri davam etdirilir

Bu il yanvarın 24-də Türkiyənin şərqindəki Elazığ vilayətində baş verən güclü zəlzələdə ölənlərin sayı 37-ə çatıb. Daha 4 nəfər qonşu Malatya vilayətində həlak olub. “Anadolu” agentliyi xəbəri Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qocaya istinadən yayıb.

Nazir qeyd edib ki, bütövlükdə 1607 nəfər həkimə müraciət edib. Təbii fəlakət nəticəsində yaralananlardan 104 nəfəri hazırda xəstəxalanarda müalicə olunur. 
Onların çoxunun əsəb pozğunluğundan əziyyət çəkdikləri məlum olub. İki gün əvvələ kimi xəstəxanaların reanimasiya şöbələrində 24 pasiyent olub. Dünən onların sayı 13-ə qədər azalıb. 
Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla saat 20.55-də episentri Elazığ şəhərinin Sivrice rayonunda olan 6,8 bal gücündə zəlzələ baş verib. Bundan sonra bölgədə 4 baldan çox 20 yeraltı təkan və 678 afterşok qeydə alınıb. Yeraltı təkanlar Malatya, Adana, Hatay, Osmaniyə, Tunceli, Qaziantep, Şanlıurfa, Mardin və bir sıra digər vilayətlərdə də hiss olunub.
Türkiyə KİV-ləri qeyd edir ki, zəlzələ nəticəsində  76 bina, 643 tikiliyə ciddi zərər dəyib. Dağıntılar altından indiyədək 45 nəfər sağ olaraq çıxarılıb. Axtarış-xilasetmə işləri davam etdirilir. 
Sonda bildirək ki, bu il yanvarın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təbii fəlakət baş verən bölgəyə səfər edərək yerli sakinlərlə görüşüb. Dövlət başçısı əhalini əmin edib ki, hökumət zəlzələnin fəsadlarının aradan qaldırılması üçün bütün lazımi tədbirləri görəcək. Yeri gəlmişkən, yanvarın 26-da Türkiyənin dövlət başçısı Afrika qitəsinin üç ölkəsi – Əlcəzair, Qambiya və Seneqala səfərə yola düşüb. 

 

M.HACIXANLI,
“Xalq qəzeti” 

27 2020 22:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə