Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əfqanıstanda təyyarə qəzası

Əfqanıstanda təyyarə qəzası

Əfqanıstanın “Ariana Afghen Airlines” dövlət avia şirkətinə məxsus sərnişin təyyarəsi ölkənin Qazni əyalətində qəzaya uğrayıb. Yerli “1T” telekanalına müsahibəsində Qazni əyaləti qubernatorunun mətbuat katibi Affif Nuri bildirib ki, mütəxəssislər qəza yerinə göndəriliblər.
 “Afghanistan Times”in məlumatına görə, təyyarə qəzaya uğrayan yer “Taliban” yaraqlılarının nəzarəti altındadır.
Əfqanıstanın “Ariana News” agentliyi Herat aeroportunun dispetçerlərinə istinadən məlumat verib ki, sərnişin təyyarəsi Heratdan Dehliyə uçurmuş. Təyyarədə 110 nəfər sərnişin olub.
Türkiyənin “Daily Sabah” qəzeti isə bildirib ki, sərnişin təyyarəsində 83 nəfər sərnişin olub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

27 2020 22:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə